• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran və Ər-Riyad bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini bəyan ediblər

Tehran və Ər-Riyad bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini bəyan ediblər
06.04.2023 14:26
İran və Səudiyyə Ərəbistanı səfirliklərin qarşılıqlı olaraq yenidən açılması, hava nəqliyyatının bərpası və viza rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər. Bu barədə İran dövlət televiziyası xəbər verib.

İranın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahyan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Feysəl bin Fərhan Pekində görüşüblər. Bu, son 7 ildə iki ölkənin diplomatiyası səviyyəsində ilk görüşdür.

Danışıqların yekunlarına dair birgə bəyanatda tərəflər bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bəyan ediblər.

O cümlədən, Tehran və Ər-Riyadda səfirliklərin, eləcə də Məşhəd və Ciddə şəhərlərində konsulluqların qarşılıqlı açılması prosesinə başlamaq barədə razılıq əldə olunub.

Tehran və Ər-Riyad xalqların və ölkələrin maraqları naminə regionda təhlükəsizlik və sabitlik məsələlərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Nazirlər Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə "yeni üfüqlər” üçün danışıqları və məsləhətləşmələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol