Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.
Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb.
O qeyd edib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir/
"Dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri dərhal Azərbaycan və Ermənistanın məsul şəxsləri ilə birgə əraziyə gediblər və lazımi tədbirləri görüblər"- nazirliyin sözcüsü bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























