• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək
14.04.2023 21:59
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akar və Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartal ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, Xankəndi-Laçın yolunda azərbaycanlı ekoaktivistlərin dinc aksiyaları, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi, ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Adları qeyd olunan İnstitutlarda "Qərargah zabitinin hazırlığı" və "Qərargahın idarəedilməsi" kurslarında, həmçinin Milli Müdafiə Universitetində magistratura və doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib, zabitlərin tədris şəraiti ilə yaxından tanış olunub və onların qarşılaşdıqları çətinliklər barədə müraciətləri dinlənilib.

Hərbi Attaşelik Aparatının əməkdaşları Milli Müdafiə Universiteti Xarici Dillər Məktəbinin direktoru Professor Haluk Selim,məktəbin rəhbər zabit heyəti və məktəbdə ingilis dili hazırlıq kursunda təhsil alan Azərbaycan ordusunun hərbi qulluqçuları ilə də görüş keçirib. Hərbi qulluqçuların təlim-tədris şəraiti, nizam-intizamı və imtahan nəticələri barədə söhbətlər aparılıb, hərbi attaşe tərəfindən hərbi qulluqçulara vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol