• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan iyunun 1-nə kimi sülh imzalanmasına ümid edir- Bəs gözləntilər necədir? - AÇIQLAMA

Paşinyan iyunun 1-nə kimi sülh imzalanmasına ümid edir- Bəs gözləntilər necədir? - AÇIQLAMA
04.05.2023 15:29
Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh müqaviləsinin iyunun 1-nə kimi bağlanmasına ümid edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 
 
"Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib. 

Politoloq İlyas Hüseynovun fikrincə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ciddi şəkildə aparılması Rusiyanın qısqanclığına səbəb olur.
 
"Danışıqların Vaşiqtonda keçirilməsi Rusiya tərəfini narahat etdiyi məlumdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı buna sübutdur. Rusiya tərəfinin proseslərin başında durması mütləq xarakter daşımır. Rusiyanın iştirakı ilə imzalanacaq, deyə bir yanaşma yoxdur. Hətta Rusiyanın iştirakı ilə müqavilə imzalansa belə, əsas məsələ Amerikada da keçirilən görüşlər effektiv olub. Bu görüşlər nazirlər tərəfindən uzun keçirilən görüşlər hesab etmək olar. Rusiyanın vasitəçiliyi ilə hər hansı sülhə dair sənəd imzalansa belə Amerika  görüşləri hər zaman xatırlanmalıdır. Amerika Birləşmiş Ştatları (ABŞ) regionda təhlükəsizliyin və sabitliyin qorunması üçün Azerbaycan və Ermənistan arasında sülh prosesində yaxından iştirak edir",- politoloq əlavə edib.
 
Politoloq hesab edir ki, tərəflər artıq sülhə yaxınlaşır. 
 
"Ermənitan və Azərbaycan arasında sülh danışıqlarının son mərhələsidir. Tərəflər artıq sülhə yaxınlaşıblar. Güman edilir ki, "Avropa Siyasi Birliyi"nin iyunun 2-də keçirilən görüşündə Prezident İlham Əliyev və Paşinyan arasında sülh müqaviləsinin ilkin mətni imzalaya bilər. Bunun üçün ABŞ əlindən gələni edir. Ermənistan tərəfi bunu qəbul etməli, açıq şəffaf yanaşmalıdır.  Ermənistan ərazi bütövlüyümüzü tanımalı, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Vasitəçilər sülhü təşviq etməli, təhlükəsizliyi təmin etməlidirlər",- Hüseynov əlavə edib.
 
Siyasətçi Azər Qasımlı isə düşünür ki, hər hansı bir sülh müqaviləsinin bağlanması gözlənilmir.

"Hesab edirəm ki, daha əvvəlki proseslər kimi bir prosesdir. Dəyişən bir şey yoxdur. Rusiya yenə Qarabağda proseslərə nəzarət edir. Azərbaycanın hələ də, təziq imkanları var. Mən hər hansı süllh danışığının imzalanmasının gözləmirəm. Sadəcə niyyətlərini bir protokol şəklində əks etdirə bilərlər. Sülh sazişi yalnız o zaman ola bilər ki, hər iki tərəf sülhü həqiqətən istəsin. Ya da Rusiya zəifləyib, Cənubi Qafqazdan getsin",- siyasi şərhçi söyləyib.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını ancaq üçtərəfli sazişlər əsasında ola bilcəyini açıqlayıb. 
 
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü açıqlamasında bildirib ki, Vaşinqton görüşündə konkret nəticələr olmasa da irəliləyişlər ola bilər. 
 
Sonuncu dəfə 2022-ci ilin dekabrında Mirzoyan Ceyhun Bayramovla Moskvada görüşməli idi. Lakin xarici işlər naziri görüşə gəlməkdən imtina edib.
 
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.
 
Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
 
Hazırda Baramov və Mirzoyan Amerikadadır. Onlar sülh müqaviləsi üzrə danışıqlar prosesi həyata keçirir. Danışıqların bir neçə gün davam etdirilməsi gözlənilir. 
 
İki ölkə xarici işlər nazirlərinin mayda Moskvada sülh müqaviləsinin müzakirəsini davam etdirməsi üçün görüşü gözlənilir. 
 
Aytac Zeynalova




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol