• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın 3 hərbçisi yaralanıb

Ermənistanın 3 hərbçisi yaralanıb
11.05.2023 10:02
Azərbaycanla Ermənistan sərhəddində mayın 11-də baş verən gərginlik nəticəsində Ermənistanın 3 hərbçisi yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə gərginlik nəticəsində Azərbaycanın bir hərbçisi yaralanıb. 
 
"Hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında atışma davam edir. 3 hərbçimiz xəstəxanadadır", açıqlamada qeyd olunub.  

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
 
Ermənistan tərəfi təxribatın Azərbaycan tərəfindən başladığını bildirib. 
 
Ermənistan mətbuatının yazdığına görə, hazırda  "Sotk” mədəninin işçiləri yenidən işə çıxmayıblar. Sotk'taki tək təhsil müəssisəsi olan orta məktəb, eyni təhlükəsizlik riski səbəbiylə dərsləri ləğv edilib. 

Azərbaycanla- Ermənistan arasında sülh sənədi üzərində danışıqlar prosesi gedir. 
 
Bundan əvvəl, Vaşintqonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb. Görüş nəticəsində sülh sənədi üzrə bəzi razılıqlar əldə olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol