• $
  • €
  • ₽
  • ₺
  • £

Sərhəddə baş verən gərginlik sülh sənədini poza bilərmi? - Açıqlama

Sərhəddə baş verən gərginlik sülh sənədini poza bilərmi? - Açıqlama
11.05.2023 14:47
Mayın 10  və 11-i  Ermənistan və Azərbaycan sərhəddində gərginlik baş verib. Nəticədə Azərbaycan Ordusunun bir həbçisi şəhid olub, digəri isə yaralanıb. Baş verən toqquşma nəticəsində Ermənistan tərəfindən 4 hərbçinin yaralandığı bildirilib. 
 
Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüselldə, mayın 19-da isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Ermənistanın baş naziri Ararat Mirzoyanın görüşü gözlənilir. 
 
Millət vəkili Azər Badamov hesab edir ki, Ermənistan bu təxribatlara əl atmaqla sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq istəyir. 
 
"Ermənistan bu təxribatı bir neçə məqsədlə həyata keçirə bilər.  Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək addımlarda mühüm irəlliləyiş oldu. Ermənistan küncə sıxılmış vəziyyətdədir və onun ərazi iddiaları, o cümlədən   Azərbaycanı ittiham edən yalançı çağırışları ABŞ-da qəbul olunmadı. Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını, o cümlədən işğal altında saxladığı 8 kəndini qaytaracağını bəyan etməyə məcbur edildi. Ermənistanın  Azərbaycanla münasibətlərinin normallaşması onların havadarlarının ürəyindən olmadı. Onlar üçün Cənubi Qafqaz regionunda gərginliyin davam etməsi maraqlıdır. Ona görə də razılaşmış danışıqların nəticələrini heçə endirmək, qarşıdan gələn 14 may Brüssell və Moldovada nəzərdə tutulmuş görüşləri mənasız etmək üçün Ermənistan havadarlarının tapşırıqı ilə bu təxribatlara əl atdıldığını hesab edirəm. Məncə bu təxribatlara əl atmaqla Ermənistan sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq məqsədi güdür. Ermənistanın bu cəhdləri mənasızdır. Azərbaycanın məqsədi regionda sülh, sabitlik və əməkdaşlığın yaradılmasıdır", - deputat bildirib.
 
Siyasi ekspert Əziz Əlibəylinin fikrincə, qarşıdurma sülh prosesinə zərbə vuraraq, növbəti müharibəyə yol aça bilər.
 
"Mayın 9-u faşizm üzərində qələbə münasibəti ilə Moskvada keçirilən görüşdə Paşinyanda iştirak edirdi. Orada Azərbaycan tərəfinin olmaması ilə bağlı xeyli suallar var idi. Çünki prezident həmin vaxt Şuşa gündəliyini daha üstün hesab etdi və xalqa müraciətində açıq mətnlə mesajlar verdi. Bundan dərhal sonra Vaşinqton görüşləri oldu. Qarşıdakı günlərdə isə Brüssel və Moskva görüşləri gözlənilir. Bu baş verən proseslərin kontekstində Moskva sülh prosesi razılaşmasının 10 noyabr müqaviləsinə uyğun olmalı oldğunu və digər tərəflərin burada olmasını məqbul hesab etmədiyini bildirdi. Bu baxımdan Brüssel görüşü öncəsi belə bir prosesin baş verməsi anlaşılan idi. Bəzi Moskvadan idarə olunan güclər sərhəddəki təxribatlarla baş tutacaq görüşləri əngəlləməyə çalışırlar. Məncə qarşıdurma sülh prosesinə zərbə vuraraq, növbəti müharibənin başlanmasına səbəb ola bilər.”, - siyasi ekspert deyib.
 
 
Politoloq Qabil Hüseynli bildirir ki, Rusiya sülhyaratma prosesində qərbin, xüsusilədə ABŞ-ın böyük səylərini gördükdən sonra bu proseslərini pozmağa çalışır. Ona görə də, Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar yaradır.
 
"Məncə bu proseslərin əsas səbəbkarı Rusiya və onun bölgədəki beşinci kalonunun nümayəndələridir. Rusiya sülhyaratma prosesində qərbin, xüsusilədə ABŞ-ın böyük səylərini gördükdən sonra, bu prosesləri pozmağa çalışır. Bu dəfə sülhyaratma prosesinin hayata keçəcəyi kifayət qədər real görünür. Bu səbəbdəndə Rusiya yeni bir provakasiyaya əl atır və burada olan özünün əlaltıları ilə toqquşmalar yaradır. Bu addımla Rusiya mayın 14-ü Brusseldə keçiriləcək siyasi liderlərin görüşünü pozmağa və sülhyaratma prosesini öz nəzarəti altına almağa çalışır. Atəşkəs rejiminin pozulası ilə sülhyaratma prosesi yarımçıq qalmayacaq. Qərb dairələri yəqinki bu məsələyə ciddi münasibət bildirəcəklər və bu prosesi nəzarət altına almaq mümkün olacaq. Düşünürəm ki, Rusiyanın  nə istəyib-istəməməsindən aslı olmayaraq, qərbin moderatorluğu ilə həyata keçirilən sülh prosesi baş tutacaq. Qarşıdakı Brüssel və Moldova görüşlərində sülh prosesinin əsas mətninin hazırlanacağını güman edirəm”, - politoloq bildirib.

Mayın 4-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər keçirilib. Görüş nəticəsində sülh sənədi üzrə bəzi razılıqların əldə olunması təsdiqlənib. 
 
Azərbaycan və Ermənistan arasında sonuncu dəfə  gərginlik 2023-cü il martında olub. Bu gərginlikdən sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü bildirib. 
 
Eltac Nurullazadə
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol