• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Prezidenti Azərbaycana gəlir- GÖZLƏNTİLƏR

İsrail Prezidenti Azərbaycana gəlir- GÖZLƏNTİLƏR
11.05.2023 20:41
İsrail prezidenti İshaq Hersoq mayın 30-31-də Azərbaycana səfər edəcək.  Bu barədə "Azfront" kanalı məlumat yayıb.
 
Bildirilir ki, onu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edəcək. 

Politoloq Tural İsmayılov bildirib ki, İsrail Prezidentinin Azərbaycana gəlişi ölkələr arasındakı dostluq münasibətlərini daha da gücləndirəcək.
 
"İsrail və Azərbaycan arasındakı münasibətlər kifayət qədər yaxşı vəziyyətdədir. Bu yaxınlarda İsrailin yüksək rütbəli rəsmilərinin Azərbaycana səfərlərinin sürətlənməsi Azərbaycanla İsrail arasındakı dostluq və əməkdaşlığın növbəti mərhələsini təşkil edir. İsxak Herzoqun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasıdakı münasibətlərin gələcəyi və strateji layihələrlə bağlı önəmli məsələlər müzakirə ediləcək. Düşünürəm ki, bu səfər hər-hansı üçüncü ölkəni narahat etməməlidir”, - politoloq bildirib.
 
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Azərbaycan İsrail münasibətlərinin inkişafı heç bir halda üçüncü tərəfi hədəfə almır.
 
"Azərbaycan İrail münasibətləri heç bir halda üçüncü dövləti hədəfə almayıb və bu antiİran addım deyil. Düşünürəm ki, İsrail Prezidentinin Azərbaycana səfərinə başqa bir bucaq altından qiymət verməyin heç bir əsası yoxdur. Hər iki dövlət müstəqil dövlətdir. Azərbaycanın İsraillə qarşılıqlı təmasları onun xarici siyasətində həyata keçirdiyi iki tərəfli münasibətlər formatıdır. Bizim eyni məntiqlə İranla da mehriban qonşuluq münasibətlərimiz var. Amma bir çox hallarda biz görürük ki, İranın yüksək rütbəli məmurları, ali siyasi rəhbərliyi anti Azərbaycan siyasəti yeridərək Ermənistanın yanında yer alır. Biz dəfələrlə İran tərəfindən Azərbaycana qarşı təxribatlar görmüşük. Bu təxribatlar İkinci Qarabağ müharibəsi öncəsidə olub, müharibə davam edtiyi dövürdə və xüsusilə müharibədən sonrakı dövrdə intensiv xarakter alıb. Ona görə də İran tərəfindən hər-hansı bir təxribatın törədilməsi istisna deyil. Ona görə də İran tərəfi anlamalıdır ki, Azərbaycanla terror dili ilə danışmağın heç bir mənası yoxdur və təxribatlar İranın özü üçün təhlükəli prespektiv müəyyən edir”, - millət vəkili bildirib.
 
2023- cü ilin yanvarın 11-də Prezidentin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu ilin martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub.
 
 
Eltac Nurullazadə
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol