• $
  • €
  • ₽
  • ₺
  • £

Tallində NATO konfransında hərbi təhsilin modernizasiya olunması müzakirə edilib - FOTO

Tallində NATO konfransında hərbi təhsilin modernizasiya olunması müzakirə edilib - FOTO
12.05.2023 18:51

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev Estoniyanın Tallin şəhərində hərbi təhsil müəssisələri rəhbərlərinin 52-ci NATO Konfransında iştirak edib.

MN-dən  verilən məlumata görə, Baltik Müdafiə Kollecində keçirilən konfransda Estoniya Respublikasının Prezidenti Alar Karis iştirakçıları salamlayaraq hərbi təhsil sahəsində inkişafın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Konfransda alyansın müttəfiq və tərəfdaş ölkələrinin hərbi təhsil rəhbərləri onlayn təhsilin hazırki və gələcək vəziyyəti mövzusunda ətraflı fikir mübadiləsi aparıblar. Bundan başqa, hərbi təhsilin modernizasiya olunması, bu sahədə informasiya və kommunikasiya vasitələrindən düzgün istifadə, kurikulum və digər üsulların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Konfrans ərzində müxtəlif mövzularda brifinqlər təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

General-leytenant H.Piriyev bir çox təhsil müəssisələrinin rəhbərləri ilə görüşərək hərbi təhsilin inkişaf perspektivləri barədə müzakirələr aparıb.

Sonda birgə xatirə fotosu çəkdirilib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol