• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistan Brüsseldə bir neçə məsələ ilə bağlı razılığa gəlib - Şarl Mişel

Azərbaycan və Ermənistan  Brüsseldə bir neçə məsələ ilə bağlı razılığa gəlib  - Şarl Mişel
14.05.2023 21:20
2023-cü il mayın 14-də Brüsseldə keçirilən  görüş zamanı Azərbaycan Prezidenti və Ermənistanın baş naziri sərhədlərin delimitasiyasına dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər. Bunu Avropa İttiifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər. Liderlər 1991-ci il Alma-ata Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (89,600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq", -  Mişel bildirib.
 
Onun sözlərinə görə,  tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı razılıq əldə olunub. Tərəflər müvafiq qrupa  konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanın hazırlanmasını tapşırılb.  Tərəflər  həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər.

Humanitar məsələlərə gəlincə Mişel bildirib ki,  yaxın həftələrdə daha çox əsirin sərbəst buraxılacağı barədə razılıq əldə edilib. 
 
" Hərbi qulluqçular bundan sonra da  azad olunmalıdır.  Biz, həmçinin itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyini müzakirə etdik",  - Mişel deyib. 
 
O, müzakirələr zamanı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə də toxunulduğunu deyib. 

"Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsi apardıq.  Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini  qaldırdım.  Düşünürəm ki, qarşılıqlı məqbul həllər əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək və liderlik nümayiş etdirmək vacibdir", -  Avropa İttifaqı rəsmisi bildirib. 

Aİ-nin heç bir gizli planı yoxdur deyən Şarl Mişel həmçinin söyləyib ki,  Aİ-nin  yeganə məqsədi Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir.
 
"Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüsseldə lazım olan qədər görüşlər keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcək. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz çox yaxın gələcəkdə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində Fransa prezidenti Makron və Almaniya kansleri Şolzla yenidən görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək YPC-nin üçüncü sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm",  -  Aİ rəsmisi vurğulayıb. 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol