• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan liderliyini saxlasa da prezident seçilə bilməyib - Yenilənib

Ərdoğan liderliyini saxlasa da prezident seçilə bilməyib - Yenilənib
15.05.2023 16:53
Türkiyədə mayın 28-də seçkilərin ikinci turu keçirləcək. YSK bununla bağlı rəsmi qərarı açıqlayıb.
 
Son nəticələrə görə Rəcəb Təyyub Ərdoğan 49,51 faizlə öndədir. Onun rəqibi Kamal Kılıçdaroğlu isə 44,89 faizlə ikinci yerdə qərarlaşıb. 
 
11:01

Türkiyə prezident seçkilərində səslərin 99%-nin hesablanmasından sonra ölkənin hazırki prezidenti Rəcəb Təyyub Ərdoğan liderliyini saxlasa da səslərin 50%-ni yığa bilməyib. 

Bazar günü Türkiyədə keçirilən prezident seçkilərində namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün tələb olunan 50%-i qazana bilməyib. Səslərin 1%-dən azının hesablanması qalıb. Vəziyyət dəyişməsə, qalib mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək.

Türkiyədə prezident və parlament seçkiləri tarixi adlanır, çünki Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu 20 ildə ilk dəfə olaraq müxalifət namizədinin qalib gəlmək şansı var.

Bülletenlərin 99,01% hesablandıqdan sonra Ərdoğan 49,36% səs toplayıb. Onun əsas rəqibi altı partiyalı müxalifət Milli Alyansının namizədi Kamal Kılıçdaroğlu isə səslərin 45%-ə sahib olub.  Digər prezidentliyə namizəd Sinan Oğan isə 5,21% səs toplayıb. Vətən Partiyasına rəhbərlik edən və mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayan Məhərrəm İncəyə 0,43% səs verib.


Ərdoğan birinci turda qələbəyə ümid etdiyini bildirsə də  ikinci tura da hazır olduğunu əlavə edib. 

"Hələlik yekun məlumat olmasa da, deyə bilərəm ki, biz açıq fərqlə irəlidəyik”, -  prezident hakim Ədalət və İnkişaf Partiyasının qərargahının eyvanından tərəfdarlarına müraciətində Ərdoğan bildirib. 

Onun rəqibi ,müxalifətin ümumi namizədi Kamal Kılıçdaroğlu ikinci turda qalib gələcəyinə əmin olduğunu söyləyib. 

"İkinci tur elan olunarsa, biz mütləq qalib gələcəyik. Cəmiyyətdə dəyişiklik iradəsi 50%-dən yuxarıdır", - Kılıcdaroğlu deyib. 


İkinci tur demək olar ki, bütün sosioloji sorğular tərəfindən proqnozlaşdırıldı.

Seçkilərdə üçüncü namizəd Sinan Oğan ikinci turda rəqiblərdən hansını dəstəkləyəcəyinə yaxın vaxtlarda qərar verəcəyini vəd edib.

Səslərin sayılma prosesinin başında Ərdoğanın Kılıcdaroğlu üzərində üstünlüyü hiss edilsə də 
İstanbul, Ankara və İzmir də daxil olmaqla  əhalisinin çox olduğu böyük şəhərlərdə səslər sayıldıqca iki əsas rəqib arasındakı fərq azalmağa başladı. 

Seçkilərin yekun nəticələri mayın 19-da rəsmi dərc olunacaq.

Yekun nəticələr hələ olmasa da əldə olan rəqəmlər və müşahidələr göstərir ki,  Türkiyə seçki məntəqələrində  seçici fəallığı yüksək olub. Bir çox müşahidəçi və jurnalisti narahat edən əsas məsələ  türklərin səsvermənin nəticələrinə etibar edib-etməməsidir.

Səslərin 99% -nin hesablanmasından sonra görünür ki, parlament seçkilərində Ərdoğanın rəhbərlik etdiyi sağçı Ədalət və İnkişaf Partiyası (AKP) liderlik edir.

 
N.Təbrizli
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol