• $
  • €
  • ₽
  • ₺
  • £

Brüssel görüşündə hansı məsələlər müzakirə olunub? - ŞƏRH

Brüssel görüşündə hansı məsələlər müzakirə olunub? - ŞƏRH
15.05.2023 16:55
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel arasında üçtərəfli sayca beşinci görüşün ardından Şarl Mişel açıqlama verib. O, danışıqların nəticəyönümlü olduğunu vurğulayıb
 
Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən bir-birlərinin ərazi bütövlüyünə olan hörmətini təsdiqlədiyini bəyan edib.
 
Millət vəkili Sahib Əliyevin sözlərinə görə Brüssel görüşü zamanı Ermənistanın heç bir tələbi qəbul olunmayıb.
 
"Brüssel görüşü üçlü formatda məhz Azərbaycanın təşəbbüsü ilə keçirilir. Fransa tərəfi istəyirdi ki, bu görüşdə Makron da iştirak etsin. Ötən ilin dekabrında da belə bir görüş planlaşdırılırdı. Azərbaycan həmin görüşə də Makronun qatılmasını qətiyyətlə rədd etmişdi. Nəticədə Paşiniyan Makronun olmamasını əsas gətirərək görüşə gəlmədi və bildirdi ki, Avropa Birliyi formatında keçirilən görüşlərə Fransa Prezidenti qatılmadığı təqdirdə Ermənistan tərəfi  gəlməyəcək. Amma bunun əksinə olaraq o yenə gəldi. Ermənistan  Brüssel görüşündə iki məsələnin üzərində dayanmaq istəyirdi. Birincisi Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd-nəzarət buraxılış məntəqəsinin ləğvi məsələsini Avropa Birliyi dəstəkləsin, ikincisi isə tərəflərin şərti sərhədlərdəki mövqelərini geri çəkməsi məsələsindədə yenə də Qərbin dəstəyini alsın. Avropa Birliyi Prezidenti Şarl Mişelin açıqlamalarında göründüyü kimi Ermənistan tərəfinin bu istəyi baş tutmadı və görüşün gündəliyi Azərbaycanın təklif etdiyi formatda davam etdi. Görüşdə Azərbaycanın torpaq bütövlüyü artıq rəqəmlərlə qeyd olunur və dəstəklənir. Hər-hansı bir Artsax Respublikasından söhbət belə getmir. Görüşdə Qarababağda yaşayan insanların hüquq və təhlükəsizliyi məsələsi müzakirə edildi və Azərbaycan tərəfi ilk gündən buna hazır olduğunu bildirdi. Həmçinin görüşdə yolunu azaraq itkin düşən iki azərbaycanlı hərbiçinin qaytarılması məsələsi, minalanmış ərazilərlə bağlı məsələlər, Birinci Qarabağ savaşında itkin düşən insanların taleyi müzakirə olundu. Təbii ki, bu görüş nə Ermənistanı, nə də onlardan geosiyasi alət kimi faydalanmağı düşünənləri qane etmir. Ona görə də Brüssel görüşləri ərəfəsində sərhəddə müxtəlif təxribatlar baş verir. Bu təxribatların arxasında tək Ermənistan yox, həm də onun havadarları dayanır”, - millət vəkili bildirib.
 
Politoloq Tural İsmayılovun sözlərinə görə, Brüssel görüşünün nəticəsi Ermənistanın atacağı addımlardan aslıdır.
 
" Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmadı. Nəticədə Şarl Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı bəyannaməsinə istinad oldu. Ermənistan Azərbaycanın ən azı 86 600 kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə etiraf edib.  Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı heç nə qeyd edilmir. Yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Bütün bu faktorlarla yanaşı Fransanın və Rusiyanın Brüssel formatını sabotaj etmək cəhdləri də aradan qalxdı.  Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməlidir. Şarl Mişelin bu məsələdə dinamik təzyiqləri həlledici olacaq”, - politoloq bildirib.
 
Siyasi şərhçi Azər Qasımlı Brüssel görüşünün sülh prosesinə ciddi təsir edəcəyini düşünmür və bunun səbəbini Rusiya faktorunda görür.
 
"Məsələnin kökü ondadır ki, Rusiya hələdə bu bölgədə gücünü saxlayır və Ermənistana güclü təsir imkanları var. Rusiyanın Ermənistanda hərbi bazası var. Həmçinin Ermənistan iqtisadiyyatı Rusiyanın təsiri altındadır. Rusiya Ermənistana çox ucuz qaz satır. İstənilən vaxt Rusiya bu qazı kəsə yada qiymətini bahalaşdıra bilər. Bu isə Ermənistan üçün ciddi problemdir. Ermənistanda Rusiyaya meyilli müxalifət var və güc strukturlarında da kifayət qədər ruspərəst şəxslər fəaliyyət göstərir. Ermənistanın coğrafi baxımdanda Rusiyaya həmişə ehtiyacı var. Bütün bunları nəzərə alanda görürük ki, qərbin moderatorluğu ilə aparılan danışıqlarda nəyəsə nail olmaq çox çətindir. Amma mümkünsüzdə deyil. Mümkün olması üçün hər iki tərəf eyni addımı atmalıdır və tərəflərin biri-birinə güvəni olmalıdır. O güvəni yaratmaq üçün də müəyyən bir vaxt keçməlidir. Qərbdə də anlayırlar ki, tam onların istədiyi sülhə nail olmaq mümkün deyil. Sadəcə bu səyləri ona görə edirlər ki, müharibə olmasın və sülhə nail olmaq üçün müəyyən bir platforma yaradılsın. Rusiyada bunu yaxşı başa düşdüyünə görə, hər dəfə sülh görüşləri öncəsi bu ərazilərdə konfilikt yaradır”, - siyasi şərhçi bildirib.
 
Brüsseldə sonuncu dəfə üçtəfərli görüş 2022-ci ilin avqustun 31-də keçirilib. 
 
Görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırılıb. Həmçinin hər iki tərəfdə əhalini "uzunmüddətli davamlı sülhə" hazırlamağın vacibliyi qeyd olunub.
 
Tərəflər noyabrın sonuna qədər bu formatda yenidən görüşmək barədə razılığa gəlsə də, Ermənistan tərəfi bu görüşdən imtina edib.
 
Eltac Nurullazadə

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol