• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
17.05.2023 20:27
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak üçün Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Milli Məclisdən veilən məlumata görə, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri barədə danışıb.

Görüşdə bildirilib ki, Azərbaycanla Slovakiya arasında fəal dialoq mövcuddur. Ölkələrimiz arasında həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlarda səmərəli əlaqələr mövcuddur.

Görüşdə həmçinin, Azərbaycanın enerji siyasəti haqqında da danışılaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından önəmlidir.

Görüşdə Milli Məclisin sədri Slovakiyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini bildirərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Slovakiya şirkətləri də bu işlərdə iştirak etməkdə maraqlıdırlar.

Slovakiya Milli Şurasının sədri Boris Kollar Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisdə təşkil olunmuş yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini, Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işləri, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

Söhbətdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərini, orada keçirdiyi görüşləri xatırlayıb. Slovakiya Milli Şurasının sədri Boris Kollar ötən il Azərbaycana səfərindən, Sahibə Qafarova ilə görüşündən xoş təəssüratlarını bildirib, həmin səfər çərçivəsində işğaldan azad edilmiş Füzuli və Şuşaya səfərindən bəhs edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikirlərini bölüşüblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol