Sabah Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacaq

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəkAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Almaniyanın Nürnberq şəhərində Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacaq. Martın 17-dən martın 21-dək Fransanın paytaxtı Paris şəhərində Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























