BMT Komissiyası Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul edib

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün Türkiyə və Azərbaycanın da həmmüəllifləri olduğu qətnamə qəbul edib.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının nəticələrinə əsasən, bu komissiyanın "Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.
Agentliyin məlumatında qeyd olunur ki, bu, Türkmənistanın komissiya çərçivəsində təşəbbüskarı olduğu ilk qətnamədir, dövlət başçılarının - Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçilərinin Bakıda keçirilmiş sammitinin nəticələrini özündə əks etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























