• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva görüşü nə vəd edir? - GÖZLƏNTİLƏR

Moskva görüşü nə vəd edir? - GÖZLƏNTİLƏR
24.05.2023 22:58
Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının  üçtərəfli görüşü keçiriləcək.
 
Moksva görüşü ərəfəsində, bazar ertəsi keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib ki, Yerevan Azərbaycanın Dağlıq Qarabağın və Azərbaycanın Ermənistandakı anklavlarının da daxil olduğu ərazi bütövlüyünü tanımağa hazırdı və əlavə edib ki, "bir-birlərini düzgün anlayırlarsa”, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat kilometr çərçivəsində tanımağa hazırdı.
 
Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıya biləcəyi ilə bağlı açıqlamasından sonra separatçı Dağlıq Qarabağ parlamenti bazar ertəsi axşam saatlarında fövqəladə iclas keçirərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın "suverenliyinə” və onun öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan hər hansı bəyanatı və ya sazişi "etibarsız” hesab edən qətnamə qəbul edib.
 
Millət vəkili Ceyhun Məmmədovindiki halda bu kimi görüşlərin keçiriləsini vacib hesab edir.

"Hesab edirəm ki, belə görüşlərin keçirilməsinin əhəmiyyəti var. Nəticələr fərqli ola bilər, çünki Ermənistan bu gün sülh istəmir. Amma bütün hallarda hansı ölkədə, moderatorluğun kim tərəfindən keçirilməsindən aslı olmayaraq bu görüşlərin vacibliyi böyükdür və yekun sülh prosesinin yaranmasına öz töhvəsini verəcək. Düşünürəm ki, indiki halda liderlerin görüşü çox önəmlidir. Amerika, Avropa İttifaqı və Rusiya münasibətlərin təkmilləşməsi istiqamətində ciddi addım atacaqlar. Bu görüşdə münasibətlərə xələl gətirəcək bir prosesin baş verə biləcəyinə inanmıram”, - deputat bildirib.
 
Politoloq Qabil Hüseynli bu görüşün keçirilməsinə nikbin baxmır. O, bu cür görüşlərdə Rusiyanın yalnız öz maraqlarını düşündüyünü bildirir.
 
"Mən bu görüşün sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid etmirəm. Rusiya  belə məsələlərdə moderatorluq edərkən həmişə strateji maraqlarını düşünür və özünü bölgəyə sahib ölkə kimi hiss edir. Rusiya Brüsseldə keçirilən sülh görüşlərini həzm edə bilmir və bu prosesi pozmağa çalışır”, - politoloq vurğulayıb.
 
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə,
 
Moskva görüşündən əvvəl Vaşinqton və Brüssel görüşlərində ciddi nəticələr əldə olunub. Həmin görüşlərdəki razılaşmalarla tərəflər Moskvaya gedir. Demək olar ki, Rusiya 2020-ci ilin Rusiyası deyil. Vaşinqtonda və ya Brüsseldə sülh müqaviləsi imzalansaydı bu problemin içində yer alan Rusiya həm Qarabağdakı  ermənilər, həm də sülhməramlılar üzərindən problem yarada bilərdi. İndi Rusiya təşəbbüsü öz üzərinə götürüb. Hazırda Rusiya nə Azərbaycana, nə də Ermənistana ciddi reaksiya göstərə bilmir. Bu vəziyyətdə Rusiyanın bağlanacaq sülh müqaviləsində mərkəz olub-olmaması sual altındadır. Əgər Moskvada saziş imzalanarsa, Rusiya bu sazişin içərisində həm hərbi, həmdə diplomatik güc kimi yerini ala bilər. Görünən odur ki, Rusiya bunu da reallaşdıra bilməyəcək, indiki vəziyyətdə hətta sülh istəməyəcək. Rusiya- Ukrayna müharibə nəticələrinə görə bəlkə də, 2025-ci ilə qədər bu status-kvonu uzatmağa çalışacaq”, - siyasi ekspert bildirib.
 
Sonuncu dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü Soçidə baş tutub. Üçtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
 
Həmçinin ərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafını müzakirə ediblər.

Əliyev, Paşinyan sonuncu dəfə Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə görüşüb. Görüş sonrası Ermənistan və Azərbaycan bir-bi
rinin ərazi bütövlüyünü tanımasını təsdiq edib. 
 
Eltac Nurullazadə

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol