Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Azərbaycana dövlət səfərinə gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

"Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə ziyafəti verilir.

Bu Ərdoğanın mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunu udandan sonra Azərbaycana etdiyi ilk səfərdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























