• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək
13.06.2023 18:30
Pakistanın Baş naziri Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək.

Bu barədə  Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq:
"Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir".

Səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək: "Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol