XİN: Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib

Mövcud çətinliklərə baxmayaraq Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib.
Bu barədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşündə iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib.
Səfir, həmçinin, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığını vurğulayıb. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyini, həmçinin Azərbaycanın beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























