• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan kapitulyasiyaya niyə getdiyini izah edib

Paşinyan kapitulyasiyaya niyə getdiyini izah edib
20.06.2023 14:39
Ermənistan "9 noyabr bəyanatı"nı Azərbaycan Ordusu Şuşaya daxil olduqdan sonra imzalamağa qərar verib. İnterfax Xəbər agentliyinin yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
Şuşa 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin noyabrında isə Azərbaycan Ordusu tərəfindən azad edilib. Həmin hadisədən sonra  sonra Ermənistan kapitulyasiya aktına imza atıb. 
 
"Məndən soruşurlar ki, nə üçün noyabrın 9-da mən bu bəyanatı imzaladım? Buna məni 2020-ci ilin noyabrında  Şuşanı itirməyimiz sövq etdi. Burada əsas Şuşanın simvolik yox, strateji baxmdan çökməsi oldu",  -  Paşinyan İkinci Qarabağ müharibəsi zamanı yaranmış vəziyyətin öyrənilməsi üzrə komissiyasının  bu gün keçirilən iclasında  bildirib. 
 
Onun sözlərinə görə, "Şuşa itirildikdən sonra Xankəndi zərbə altnda qala bilərdi".
 
"Şuşa itirildikdən" sonra Xankəndi zərbə altında qala, Xocavəndə təzyiqlər arta, ən əsası isə 25 min əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşə bilərdi",  - Paşinyan qeyd edib. 
 
Qarabağın işğalda olan ərazilərinin Azərbaycana qaytarılması ilə sonuclanan 44 günlük müharibənin sonunda Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanan üçtərəfli bəyanat 2020-ci ilin noyabrında imzalanıb. Həmin sənədə görə, Qarabağda  iki ölkə arasında hərbi əməliyyatlar dayandırılıb. Ermənistan qeyd şərtsiz Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürüb. Rusiya sülhməramlılarının 2 minlik kontinqenti  5 il müddətinə Qarabağa müvəqqəti yerləşdirilib. 
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol