• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı hərbçi Ermənistanda 20 il müddətinə həbs olundu - Açıqlama

Azərbaycanlı hərbçi Ermənistanda 20 il müddətinə həbs olundu - Açıqlama
21.06.2023 17:19
Ermənistanda əsir düşən iki hərbçidən biri olan - Hüseyn Axundov 20 il müddətində həbs olunub. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Hökm Ermənistanın Kapan məhkəməsində çıxarılıb. 
 
"Axundov "Zəngəzur Mis-Molibden Kombinatı” QSC-nin 56 yaşlı mühafizə xidmətinin əməkdaşı Ayapet Meliksetyanın qətlində təqsirli bilinib. Zərərçəkənin ailəsi məhkəmənin qərarını qəbuledilməz sayır və ömürlük həbs cəzası tələb edir", - məhkəmə qərarında qeyd olunub. 
 
Azərbaycanın da Baş Prokurorluğu mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz keçən iki erməni hərbçinin sərhəddi pozması ilə bağlı cinayət işinin ibtidai istintaqını yekunlaşıdır.
 
Belə ki, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Hüseyn Cəfərov yaxın günlərdə Azərbaycana gətiriləcək.
 
"Ermənistan istər 20 il həbs cəzası versin, istərsə də 50 il bunu fərqi yoxdur. Hüseyn Axundov və Aqşin Bəbirov yaxın günlərdə Azərbaycana gətiriləcək. Sadəcə erməni tərəfinin 20 il yazılmaqda məqsədi Azərbaycandan iki əsir əvəzinə terrorçularını geri qaytarmaqdır. Eyni zamanda Hüseyn Axundovun  üzərinə erməni axmaqları erməni vətəndaşının öldürülməsi yalanın atıblar",- Üzeyir Cəfərov əlavə edib.

Aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. 
 
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. 
 
Daha sonra, Dövlət Komissiyası Ermənistanda əsirlərlə bağlı görüş keçirilib. Onların ailələri ilə əlaqə qurması üçün şərait yaradılıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol