• $
  • €
  • ₽
  • ₺
  • £

Təxribatların təkrar olunmayacağına təminat verilməlidir - Nazir

Təxribatların təkrar olunmayacağına təminat verilməlidir  - Nazir
24.06.2023 21:58
Laçın yolundakı sərhəd-keçid məntəqəsinə qarşı təxribatların təkrar olunmaması ilə bağlı Azərbaycana təminat lazımdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Azərbaycana Laçın yolundakı sərhəd-keçid məntəqəsinə qarşı təxribatların bir daha təkrar olunmayacağına təminat lazımdır.  

"İyunun 15-də Ermənistan Laçın sərhəd-keçid məntəqəsini atəşə tutub və bu, oradan təhlükəsiz keçməyi çətinləşdirib. Azərbaycan tərəfinə Ermənistanın bu cür təxribatlarının gələcəkdə təkrar olunmayacağına dair təminat lazımdır", - Bayramov şənbə günü ölkənin xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə danışıqlarda deyib.

Görüş zamanı Bayramov və Koziç Azərbaycan ilə BQXK arasında əməkdaşlığın müxtəlif aspektlərini, eləcə də Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Qeyd edilib ki, Azərbaycan tərəfi göstərilən zəruri tədbirlərin görülməsi ilə yanaşı, Ermənistan əhalisinin tibbi məqsədlər üçün sərhəd-keçid məntəqəsindən keçməsini və BQXK vasitəsilə lazımi dərman preparatlarının çatdırılmasını təmin etməyə hazırdır”, -  Azərbaycan XİN-dən bildirilib. 

İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində 2023-cü il aprelin 23-də quraşdırılmış Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Baş verən insidentdən sonra Laçın sərhəd-keçid məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
 
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında görə, "baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər bu, belə davam edəcək".

Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb. 

Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol