• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı ABŞ-ın səylərini yüksək qiymətləndirir - Əliyev

Bakı ABŞ-ın  səylərini yüksək qiymətləndirir - Əliyev
04.07.2023 12:25
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Co Baydeni Müstəqillik Günü münasibətilə təbrik edərkən Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini yüksək qiymətləndirib. Bu barədə  çərşənbə axşamı Azərbaycan dövlət başçısının saytında dərc olunan məktubda bildirilib. 

"Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşıb. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, normalara əsaslanan sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk”, - Əliyevin təbrikində deyilir.

Azərbaycan Prezidenti Bakı ilə Vaşinqton arasında dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edən münasibətlərin bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

"Qlobal çağırışlar, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli birgə iş, iqtisadiyyatda qarşılıqlı fəaliyyət Azərbaycan və ABŞ arasında münasibətləri səciyyələndirən əsas amillərdir”, - Əliyev  bildirib. 

O, iki ölkə arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
 
"ABŞ Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və ardıcıl dəstəkləyib. Biz enerji təhlükəsizliyinin təmin edilməsində ölkələrimizin sıx əməkdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusilə yüksək qiymətləndiririk", - Əliyev vurğulayıb. 

Əliyev Bakının Vaşinqtonla əməkdaşlığı genişləndirmək istəyini də açıqlayıb.

"Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından istifadə edərək, Birləşmiş Ştatlar ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, Azərbaycan ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi ardıcıl surətdə davam etdirəcəyik. Birləşmiş Ştatlar dövlətlərimizin və xalqlarımızın mənafeyinə uyğun olaraq qarşılıqlı etimada və dəstəyə əsaslanır”, - Əliyev bildirib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol