• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Rusiya Rəşt-Astara dəmir yolu tikintisini tezləşdirir - ŞƏRH

İran və Rusiya Rəşt-Astara dəmir yolu tikintisini tezləşdirir - ŞƏRH
05.07.2023 18:15
Rusiya Prezidentinin köməkçisi İqor Leviti və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiand Rəşt-Astara dəmir yolu tikintisi layihəsini yeniden müzakirə ediblər. Bu barədə İran Xarici İşlər naziri öz teleqram kanalında bildirib. 
 
Tərəflər həmçinin İran, Rusiya və Azərbaycan arasında tranzit üzrə üçtərəfli anlaşma memorandumunu müzakirə ediblər.
 
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəylinin fikrincə, Rəşt-Astara dəmir yolu tikintisi layihəsinin əsas məqsədi malların dövriyyəsini daha asan yolla daşımaqdır.

"Artıq Rusiya və İran Azərbaycandan asılı vəziyyətə düşüb. Xüsusilə də Ukrayna ilə müharibə başlayandan sonra Rusiyanın "Şimal-Cənub" dəhlizi ilə qlobal kommunikasiya yolları pozulub. İranla Rusiya arasında 3 istiqamətdə yol var. Amma onların heç biri rentabelli deyil. Ən rentabelli yol Azərbaycandan keçən yoldur. Bu baxımdan da hər iki dövlət "Şimal-Cənub" dəhlizini çəkməklə Azərbaycan vasitəsilə çox sürətlə kommunikasiya qurmaq istəyirlər. Burda əsas məqsəd malların dövriyyəsini asanlaşdırmaqdır. İndi maraqlı məqam odur ki, bu iki dövlət eyni zamanda Zəngəzur dəhlizinə də müəyyən dərəcədə qarşı çıxır. Bütün proseslər göstərir ki, İran daha çox Azərbaycandan asılıdır", - Əziz Əlibəyli vurğulayıb.
 
İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, Azərbaycanın yerləşdiyi coğrafi koordinatlar İranın və Rusiyanın marağına səbəb olur.
 
"Azərbaycan elə bir coğrafi koordinatlarda yerləşir ki, həm qərbdən şərqə, həm də şimaldan cənuba gedən elastik xətləri buradan keçir. Amma bu coğrafiyada olması o demək deyil ki, mütləq burdan keçməlidir. Yəni alternativ istiqamətlərdə var. Amma fakt odur ki, bütün ölkələr bu koordinatlara üstünlük verir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri var. Azərbaycanın etibarlı tərəfdaş olması, Rusiya Ukrayna müharibəsi, İrana qoyulan sanksiyalar nəticədə Azərbaycanı daha əlverişli trans ölkəsinə çevirir. Azərbaycan yerləşdiyi koordinatdan əlavə olaraq, tarixi, siyasi vəziyyət  Azərbaycanın xeyrinə işləyir.  Şimal-Cənub dəhlizi məhz bu xəttlər Azərbaycan Rusiya İran xəttindən keçməsini zəruriyyətə çevirib",- iqtisaqdçı söyləyib.

Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş mayın 17-də Tehranda Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş tərəfindən imzalanıb. İmzalanma mərasimində Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə, İran prezidenti İbrahim Rəisi isə şəxsən iştirak ediblər.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək lazımdır ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Güman edilir ki, Rəşt - Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol