• $
  • €
  • ₽
  • ₺
  • £

“Tərtər işi” ilə bağlı yeni məhkəmə gözlənilir

“Tərtər işi” ilə bağlı yeni məhkəmə gözlənilir
06.07.2023 16:42
Yaxın vaxtlarda "Tərtər işi”nə daxil olan yeni bir qrupun işi üzrə daha bir məhkəmə prosesi başlayacaq. Bu qrupda mühakimə olunanlar arasnda  general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev, eləcə də Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov yer alıb. Artıq iş üzrə istintaq başa çatıb. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Bu barədə Musavat.com məlumat verib.

Hazırda Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimləri "Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işinə baxır. Həmin cinayət işlərinə baxılarkən zərərçəkənlərin vəkilləri bir neçə dəfə Hikmət Həsənovun köməkçisi Fuad Ağayevin prosesdə dindirilməsi barəsində vəsatətlə çıxış ediblər. Lakin onların vəsatətləri təmin edilməyib.

Fuad Ağayevin digər qrupların işi üzrə məhkəmə proseslərində dindirilməsinin israrla tələb edilməsi təsadüfi deyil. Çünki bir çox hərbçilər Hikmət Həsənovun ona verdiyi göstərişlər əsasında xidmət yerlərindən işgəncə verilən tikililərə aparılıb, orada dəhşətli işgəncələrə məruz qalıblar. İşgəncələr nəticəsində 11 hərbçi dünyasını dəyişib. "Tərtər işi” üzrə zərərçəkmişlərin ümumi sayı 400 nəfərdən çoxdur.

Fuad Ağayev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 341.2 (vəzifə səlahiyyətlərini aşma)və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda)maddələrlə ittiham irəli sürülüb.

Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.

Məsələn, həmin iş üzrə təqirləndirilən şəxslərdən olan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İntiqam Məmmədov Fuad Ağayevin işgəncələrdə iştirakı barədə ifadə verib. O, ifadəsində general Hikmət Həsənovun Fuad Ağayevə xəyanətdə şübhəli bilinən şəxslərlə bağlı səlahiyyət verdiyini deyib.

İntiqam Məmmədov ifadəsinin davamında deyib ki, dindirmə zamanı hərbçilərin döyülməsini, bədənlərinə elektrik cərəyanı verilməsini SAT-ın hərbi qulluqçuları Cəfər Seyidovun nəzarəti altında icra ediblər. Onlara sorğuda hansı sualların verilməsini, ümumilikdə hansı mövzu üzrə dindirilməsini Fuad Ağayev tapşırıb, Hikmət Həsənov da bu məsələlərdə Fuad Ağavevə göstərişlər verməklə ümumi olaraq aparılan dindirmələrə, işgəncə proseslərinə nəzarət edib.









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol