• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail müdafiə naziri Bakıya niyə gəlir? - GÖZLƏNTİLƏR

İsrail müdafiə naziri Bakıya niyə gəlir? - GÖZLƏNTİLƏR
12.07.2023 12:26
İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
İyulun 14-dək davam edəcək səfər çərçivəsində Qalant Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşəcək.

Politoloq Tural İsmayılov deyir ki, nazirin gəlişi Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətlə inkişaf etməsi İranda daxil olmaqla, hər-hansı üçüncü bir dövlətə qarşı yönəlməyib. 
 
Onun sözlərinə görə, bu görüşdən sonra, Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq sahəsi daha da güclənəcək.
 
"İsrail və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir və bu əlaqələrin ən güclü inkişaf etdiyi sahələrdən biri hərbi sənaye sahəsidir. Hal-hazırda da İsrailin "Harop” pilotsuz uçuş aparatları Azərbaycan ordusunun arsenalındadır. Daha əvvəl İsrail prezidenti İshaq Hersoq və Xarici İşlər Naziri Eli Koenin Azərbaycana səfəri iki ölkə arasında olan əlaqələri növbəti bir mərhələyə daşıdı. Hesab edirəm ki, ölkələr arasındakı münasibətlərin bundan sonra daha da inkişak etməsi labüd məsələlərdən biridir. İranın bu məsələdə qıcıqlanmağının bizim üçün heç bir əhəmiyyəti yoxdur, çünki, Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətlə inkişaf etməsi İranda daxil olmaqla, hər-hansı üçüncü bir dövlətə qarşı yönəlməyib. Buna baxmayaraq, İranın Azərbaycana qarşı informasiya terroru davam edir. Bu baxımdan İsrail Müdafiə Nazirinin Bakı səfəri tarixi səfərlərdən biri olacaq və Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın növbəti mərhələləri üçün yeni əməkdaşlıq sazişləri imzalanacaq. Bütün bunlar həm də Azərbaycanın təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edəcək”, - İsmayılov bildirirb.
 
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan artıq müstəqil dövlətdir və istədiyi ölkə ilə əlaqə qura bilər.
 
"Bu cür görüşlərin keçirilməsi təbiidir. Azərbaycan müstəqil dövlətdir və digər dövlətlərlə münasibətini hansısa dövlətin maraqlarına uyğun olaraq qurmur. Bu hansısa dövlətin xoşuna gəlməyə bilər, bu onların öz işidir. Nəzərə almaq lazımdır ki, Vətən Müharibəsi dövründə və ondan əvvəlki dövrdədə İsrail hər zaman Azərbaycanın yanında olub. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədi, davamlı olaraq Azərbaycanı müasir silahlarla təmin etdi və bu silahlar 44 günlük Vətən müharibəsində də çox önəmli rol oynadı. Hesab edirəm ki, artıq İran tərəfidə bunu anlayır ki, Azərbaycan müstəqildir və istədiyi dövlətlə əlaqə qura bilər. Bu Azərbaycanın suveren hüququdur”, deputat deyib.
 
İsrail  1992-ci il Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Azərbaycan isə 2023-cü il İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışını edib. 

Eltac Nurullazadə
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol