Azərbaycanda İspaniya səfirliyi açılacaq

İspaniya Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir.APA-nın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Madriddə iqtisadi forum çərçivəsində keçirilən tədbirdə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo çıxış edib. Nazirin sözlərinə görə, yaxın zamanlarda Gürcüstan, Azərbaycan və Ermənistanda İspaniya diplomatik nümayəndəliklərinin açılışı planlaşdırılır. Qeyd edək ki, İspaniya səfirlikləri Avropa Birliyinin bu ölkələrdəki nümayəndəlikləri yanında fəaliyyət göstərəcək. Müvafiq memorandum ötən ilin noyabrında İspaniya ilə Avropa Birliyi arasında imzalanıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























