• $
  • €
  • ₽
  • ₺
  • £

Makron hökumətdə dəyişiklik edəcək

Makron hökumətdə dəyişiklik edəcək
17.07.2023 22:36
Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik edəcək, BFMTV Yelisey sarayındakı mənbəyə istinadən xəbər verib.

Kanal qeyd edir ki, baş nazir Elizabet Born vəzifəsini qoruyub saxlayacaq.

Fransa lideri Nazirlər Kabinetində dəyişiklikləri bu həftənin sonuna qədər açıqlayacaq.

Bundan əvvəl Makron bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO-ya qəbulu məsələsində. O, bunu NATO-nun Vilnüs sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Fransa rəhbərinin sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək "beynəlxalq hüquq naminə” Qərb ölkələrinin üzərinə düşür.

Avropa Birliyinin Ukraynaya 14 milyard avroya yaxın hərbi yardım etdiyinə diqqət çəkən Makron Fransanın özünün də dəfələrlə yardım etdiyini bildirib. O, həmçinin Ukraynanın NATO-ya üzv olmaq istəyinə hörmət etməyə çağırıb. Onun sözlərinə görə, sammit çərçivəsində "ən birbaşa yolun açılması” üçün tədbirlər görülüb.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın Avropa İttifaqında dondurulmuş suveren aktivlərinin məbləğini açıqlamışdı.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol