• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında toqquşma riski üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər - POLİTOLOQ

Laçında toqquşma riski üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər - POLİTOLOQ
26.07.2023 17:32
Ermənistandan Xankəndinə doğru bir qrup humanitar yük maşını Laçın nəzarət- buraxılıq məntəqəsinə doğru yola çıxıb. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdamdan verilə biləcəyini qeyd edib. Ermənilər isə Laçın yolundan keçməkdə israrlıdır. Bu barədə Azərbaycan televiziyasının yayımladığı materialda qeyd olunub. 
 
Ekspertlər bunun Laçın Nəzarət-buraxılış məntəqəsində toqquşma riski olduğunu deyir. 

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, toqquşma riski üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər.
 
"Bunu Ermənistan tərəfi də anlayır. Ona görə ara-sıra Azərbaycanı şantaj etməyə, o cümlədən müxtəlif yürüşlər təşkil etməyə çalışırlar. Amma son anda planlarından vaz keçirlər. Həm də yürüş edənləri elə özləri saxlayırlar. Onlar bilirlər ki, Laçın sərhəd-keçid məntəqəsinə hücum etsələr və yaxud Şuşa və Laçında hər hansı bir təxribat törətsələr, bunun nəticəsi çox ağır olacaq. Biz deyirik ki, iki il ərzində Qarabağ seperatçılarını tərkisilah edib, Rus hərbi kontingentini yola salmalıyıq. Amma belə təxribatlar davam edərsə, artıq anti-terror əməliyyatının başlama tarixini Azərbaycan daha erkən vaxta sala bilər”, - politoloq söyləyib.
 
Siyasi şərhçi Elçin Abdullayev yaxın vaxtlarda sərhəddə ciddi toqquşmaların olacağını düşünmür.
 
"Qarabağda toqquşmaların dəstəkləyən qüvvələr olsa da, yaxın prespektivdə Qarabağda geniş səthli toqquşma riski olmayacaq, olsa da lokal xarakterli ola bilər. Çünki, geniş miqyaslı müharibənin alovlanması üçün Ermənistan və Qarabağda olan seperatçılar Azərbaycan ordusu ilə müharibə etmək üçün özlərini hazır görmürlər. Ötən iki il ərzində Azərbaycan ordusu həm Ermənistan ordusu, həm də seperatçıları layiqli cəzalandırıb. Bu da onların hələ də yaddaşlarında qalıb. Hər bir halda sülh müqaviləsi imzalanmayıbsa, müharibə riskləri qalmaqda davam edəcək. Bu gün Qarabağda sülhün əldə olunmaması üçün çalışan güclər var və onlar istənilən bir vaxt vəziyyəti qarışdırmağa çalışacaqlar. Amma nə qədər cəhd etsələr də yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında müharibənin olacağını düşünmürəm”, - politoloq bildirib.
 
Hazırda Laçın sərhəd buraxılış məntəqəsinə doğru hərəkət edən "humanitar" yüklərin daşınmasını Ermənistandan Rusiyaya meyvə-tərəvəz mallarının daşınmasını həyata keçirən "Employees of Spayka LLC" şirkəti icra edir. Şirkətin baş direktoru Karen Baqdasaryandır.
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar.  Separatçı rejimin rəhbəri Araik Arturyuan  iyuulun 17-də aksiyaya qoşulsa da bu gün aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 
 
2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Eltac Nurullazadə

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol