• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər niyə Ağdam-Xankəndi yolundan istifadə etmir? - ŞƏRH

Ermənilər niyə Ağdam-Xankəndi yolundan istifadə etmir? - ŞƏRH
27.07.2023 17:57
2023-cü il iyulun 26-da Ermənistandan Xankəndinə doğru bir qrup humanitar yük maşını Laçın nəzarət-buraxılış məntəqəsinə doğru yola düşüb. Artıq 20 saatdan artıqdır ki, yük maşınları buraxılış məntəqəsində gözləyirlər. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdamdan verilə biləcəyini qeyd edir. Ermənilər isə hələ də Laçın yolundan keçməkdə israrlıdır.

Azərbaycan Ermənistanı suverenliyi əleyhinə təxribatda günahlandırır.
 
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Həmin bəyanatda qeyd edilir ki, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir.
 
Əgər ermənilərin yük maşınlarını keçirmək üçün alternativ yolu varsa, niyə həmin yoldan istifadə etmir?
 
Millət vəkili Sahib Əliyevin sözlərinə görə, ermənilər bu hərəkətlərlə 2020-ci ilin payızından sonra yaranmış reallığı dəyişməyə çalışır.
 
Blokadada olduqlarını bütün dünyaya car çəkən, eyni zamanda da Ağdam-Xankəndi yolunu beton dirəklərlə bağlayan və dünəndən başlayaraq Laçın yolunda dırnaq arası humanitar şou yaradan ermənilərin  bir məqsədi var. Onlar istəyirlər ki, 2020-ci ilin payızından sonra yaranan reallığı dəyişsinlər. Onların bu ardıcıl cəhdləri və təxribatları sonda doğrudan da indiki reallığın dəyişməsinə gətirib çıxara bilər. Amma bu reallığın dəyişməsi qətiyyən onların  maraqlarına cavab verməyəcək. Əgər onlar düşünürlərsə ki, indiki reallığı öz xeyirlərinə yönələn yenisi ilə əvəzləyəcəklər, tamamilə yanılırlar. Hətta, onlara açıq və gizli havadarlıq edənlər belə, indiki hərəkətlərinin sonda Ermənistanın bir dövlət kimi yer üzündən silinməsinə aparıb çıxaracağını deməkdən çəkinmirlər", - deputat deyib.
 
Politoloq Fikrət Sadıqov bildirir ki, remənilərin burada yeganə məqsədi dünyanın diqqətini öz üzərinə çəkməkdir.
 
"Ermənilərin Qarabağdakı hərbi xuntası və Yerevan rəhbərliyi yaxşı anlayır ki, söhbət heç bir blokadadan getmir. Laçın yolu açıqdır. Sadəcə olaraq orada bizim sərhəd postumuz yaranıb. Oradan keçən maşın və insanlar yoxlanılaraq sərbəst şəkildə digər tərəfə buraxılırlar. Digər tərəfdən də biz Ağdam-Xankəndi yolunu təklif etmişik. Bu təklif Brüsseldə Şarl Mişel tərəfindən yüksək qiymətləndirilib. İndi Ermənilər özləri özlərini blokadaya salıblar. Təklif edilən Ağdam-Xankəndi yoluna dəmir betonlar quraşdırıblar. Sonra isə yardımı oradan almaq istəmədiklərini deyirlər. Bu o deməkdir ki, onların məqsədi dünyanın diqqətini buraya cəlb etməkdir. Əgər onlar alternativ yoldan istifadə edərlərsə, blokada ifadəsi olmayacaq və saxta fikir formalaşdıra bilməyəcəklər. Onlar düşünürlər ki, bununla nəyəsə nail ola biləcəklər. Bu da çox absurd bir mövqedir. Qarabağda heç bir blokada yoxdur və onlar çox firavan şəkildə yaşayırlar. Bunu bir sıra sosial şəbəkələrdə olan görüntülər də təsdiq edir”, - politoloq bildirib.
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. Separatçı rejimin rəhbəri Araik Artuyunybağlayan  iyuulun 17-də aksiyaya qoşulsa da bu gün aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsi ilə maşınların hərəkətini müvəqqəti dayandırıb. 
 
2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Eltac Nurullazadə

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol