• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın radiomanelər yaradan stansiyaları məhv edilməlidir - ekspert

Ermənistanın radiomanelər yaradan stansiyaları məhv edilməlidir - ekspert
28.07.2023 17:20
Erməni silahlı dəstələri Azərbaycanın hava məkanından istifadə edən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomanelər tətbiq edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
"Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib", - Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunub. 

Məlumata görə, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
 
Hərbi ekspert Ədalət Verdiyev radiomanelər yaradan stansiyaları odlu silahla zərərsizləşdirməyi tövsiyyə edir.   
 
"Bu ancaq işğalçı və separatçı rejimlərə xas olan çirkin fəaliyyətlərdir. Erməni silahlıların məqsədi Azərbaycanın sərnişin təyyarələrinin fəaliyyətinə maneçilik törətmək, aviaqəzalara və  insan itkilərinə nail olmaqdır. Bütün bunların əsas səbəbi odur ki,  Rusiya kontingenti üzərinə düşən öhdəlikləri o cümlədən erməni silahlılarını tərk-silah edərək ərazidən çıxarılması üzrə öhdəliklərini yerinə yetirmir. Bundan əlavə  ərazilərimizə müxtəlif təyinatlı radiolokatsiya stansiyalarının və radioelektron mübarizə vasitələrinin gətirilməsinə şərait yaradıb. Mən hələ keçən ilin aprelində Azərbaycan ərazilərində ruslar tərəfindən birgə bəyanatda nəzərdə tutulmayan "Kaşda 2-Y” radio-lokatsiya stansiyalarının mövcudluğu barədə məqalə yazaraq həyəcan signalı səsləndirmişdim. Bizim bəzi aidiyyatlı qurumlarımız mənim o zaman yazdığım yazını bəlkə də görməzdən gəldilər. Nəticədə bu gün biz yalnız radio-lokasiya stansiyaları ilə deyil, həm də radio elektron mübarizə kompleksinin ərazimizdə bizə qarşı fəaliyyəti ilə qarşı-qarşıyayıq. Bundan çıxış yolu kimi Azərbaycan həmin stansiyanın dərhal ərazimizdən çıxarılmasını qəti bir şəkildə Rusiya sülhməramlılarından tələb etməlidir. Əgər onlara 1-2 gün ərzində ərazimizdən çıxarılmasa onları  atəşlə məhv etməliyik. Bunun başqa yolu yoxdur, əks halda bu gələcəkdə də təkrarlanacaq”, - hərbi ekspert Ədalət Verdiyev bildirib. 

Ekspert əlavə edib ki,  Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində yerləşən erməni silahlılarının Azərbaycanın mülki təyyarələrinə qarşı radiomaneələri yaratması, bu təyyarələrin idarə edilməsinin müvəqqəti olaraq itirilməsinə və sonda isə hətta aviasiya qəzalarına belə səbəb ola bilər. 

Bu radiomaneələrin qarşısının alınması üçün mülki təyyarələrdə avadanlıqlar nəzərdə tutulmur və dünyanın heçbir yerində mülki təyyarələrə qarşı belə bir maneələr tətbiq edilmir.
 
Hərbi ekspert Ədalət Verdiyev Sülhməramlı kontingentdə elektron təmayüllü avadanlıqların və radioəlaqə vasitələrinin olmasının artıq olduğunu fikirləşir.
 
"Ümumiyyətlə REM deyilən, yəni "Radio Elektron Mübarizə " adlı məhfum var ki, bu da əsasən müharibə, konflikt, postkonflikt zamanı tərəflərin bir sıra elektron təmayüllü avadanlıqların işinin pozulması, radioəlaqə vasitələrinin məlumatlarının ələ keçirilməsi, digər elektron vasitələrin işində pozuculuq yaratmaq və s. kimi məsələlər üçün istifadə olunur. Hal hazırda Azərbaycan ərazisində Rusiya Sülhməramlı Kontingentinin balansında və silahlanmasında bir sıra belə qurğular mövcuddur. Mənim qənaətimə görə isə, Sülhməramlı kontingentdə bu kimi elektron vasitələrin olması artıqdır. Çünki Kontingent əraziyə döyüş əməliyyatlarının aparılması üçün yox-məhz sülh yaratma missiyası üçün dəvət olunmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Hərbi Hava Qüvvələri və bir sıra hücum vasitələri tərəfindən ərazidə separatçı qüvvələrin və Ertmənistan ordusunun bir neçə belə vasitələri vurularaq sıradan çıxarılmışdı. Sual olunur. Bu Rusiya Federasiyasının Hərbi sənayesinin istehsalı olan qurğular əraziyə necə və hardan gəlib çıxmışdı? Çünki Ermənistan Respublikasının dünyaya bəyan etdiyinə görə, Qarabağda Ermənistan ordusu yox-məhz tanınmamış Qarabağ Respublikasının ordusu vuruşur. O zaman bu qurğuların Rusiya tərəfdən separatçı orduya verilməsi anlanılır. Bu da Rusiya ilə Azərbaycan arasında mütəmadi tərəfdaşlıq prinsiplərinə ziddir. Hal hazırda isə həm ərazidə qalmış Ermənistan ordusunun hərbçiləri(3 tərəfli razılaşmanın şərtləri kobud pozularaq, onlar ərrazidən çıxarılmamışdır) həm separatçı "respublikanın "  qanunsuz silahlı qüvvələri, həm də Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ərazidə Azərbaycana qarşı təxribatlara rəvac vermiş və bunların aspektlərindən biri də, aktiv və passiv Radio-Elektron pozuculuq dalğalarının qoyulması və bununla göstərilən maneələrin yaradılmasıdır. Rusiya Sülhməramlı Kontingenti əraziyə daxil olandan, heç bir sülhyaratma əməliyyatlarında iştirak etməmiş, əsasında separatçı rejimlə əlaqəli olaraq təxribatlar yaratmış, onların həm hərbi həm də iqtisadi güclənməsi üçün çalışmışlar. Bu baxımdan həmən kontingent elə indi də separatçıların əlində alət olaraq Azərbaycana qarşı təxribatlarda ön plandadır. Bir neçə vaxt bundan əvvəl onlar GPS siqnallarının yayındırılması, aktiv və passiv elektron poxuculuq aspektlərini bölgədə praktikadan keçirmişdilər. Və bu gün də Azərbaycan MN yaydığı bəyanatda həmən hadisənin təkrarlanmasının şahidi olduq. Və düşünürəm ki, bu hallar yenə də təkrar olunacaqdır. Və buna adekvat cavab verilməsi vacibdir" - hərbi ekspert Abuzər Əbilov deyib.

O həmçinin bildirib ki, əgər bu halın qarşısı alınmazsa gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol