• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib -YENİLƏNİB

Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib -YENİLƏNİB
03.08.2023 18:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın "Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.

"Report" xəbər verir ki, Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan "Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan "Leonardo”nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən "Smart city” texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə ediblər.

 18:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın "Leonardo” şirkətinin baş icraçı direktoru Stefano Pontekorvonu qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol