• $
  • €
  • ₽
  • ₺
  • £

BMT TŞ Ermənistana real sülh danışıqları aparmaq barədə siqnal verib - Ağacanov

BMT TŞ Ermənistana real sülh danışıqları aparmaq  barədə siqnal verib - Ağacanov
22.08.2023 17:14
BMT Təhlükəsizlik Şurası Ermənistana Azərbaycanla real sülh danışıqlarının aparılmasının zəruriliyi barədə aydın siqnal göndərib. Bunu 
Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağadcanov bildirib.
 
O, hesab edir ki, BMT Təhlükəsizlik Şurası avqustun 16-da keçirilən iclasında Ermənistana Azərbaycanla real sülh danışıqlarının aparılmasının zəruriliyini açıq şəkildə bildirib. 

"Ötən həftə BMT Təhlükəsizlik Şurasının "Qarabağda humanitar vəziyyət”ə həsr olunmuş fövqəladə iclası keçirildi. Hesab edirəm ki, bu görüş onun təşəbbüskarı olan Ermənistan üçün uğursuzluqla nəticələndi. Bu nəticə həm də Ermənistan Xarici İşlər Nazirliyinin və bütün erməni diplomatiyasının zəif işinə dəlalət edir. Öz adımdan əlavə edəcəyəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin belə zəif, ən əsası, ardıcıl olmayan işi artıq heç kimi təəccübləndirmir”, - Ağadcanov İnterfaks agentliyinə bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-də bəyan edib ki, Qarabağda ermənilərin guya ərzaq, dərman, yanacaq və s. "Bununla bağlı mən Ermənistanın xarici işlər nazirinə müraciət etmək istərdim. Əgər siz və qondarma "Qarabağın avtoritetləri” Qarabağ ermənilərinin taleyindən bu qədər narahatsınızsa, o zaman Ağdam-Xankəndi yolu niyə beton plitələrlə bağlanıb? Rəsmi Bakı dəfələrlə bu yoldan yerli ermənilərin ehtiyacları üçün istifadə etməyi təklif edib. Amma Qarabağda hakimiyyəti qəsb etmiş separatçılar bundan imtina edirlər. Deməli, Qarabağ ermənilərini blokadaya salan Ermənistan hakimiyyəti və separatçılar olub. Azərbaycanın bu blokada ilə heç bir əlaqəsi yoxdur”.

Ağadjanov hesab edir ki, buna görə də Ermənistan BMT Təhlükəsizlik Şurasındakı iclasda sülhə nail olmaq üçün Azərbaycanla real danışıqların aparılmasının zəruriliyini birmənalı olaraq qeyd edib.

Ekspert onu da hesab edir ki, Laçın yolu vətəndaşların gediş-gəlişi üçün sərbəstdir, lakin o, xüsusi icazə rejimi ilə işləyir, Ermənistan Silahlı Qüvvələrinin təxribat riski həmişə olduğu üçün bu, tamamilə təbiidir.
 
"Laçın yolu işləyir, dünən daha 60 nəfər oradan Ermənistana gedib. Deməli, bu yolun yenidən bağlanması ilə bağlı bütün söhbətlər İrəvanın və Qarabağ separatçılarının yalanıdır”, -  o vurğulayıb.

Ağadjanov əlavə edib ki, Qarabağdakı ermənilərin seçimi var - Azərbaycan qanunlarına görə yaşamaq, ya da başqa yerə getmək.
 
"Rəsmi Bakı həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən və onun qanunları ilə yaşamağa razı olan insanlar qala bilər. Bu şərtləri qəbul etməyənlərə isə qapılar açıqdır və onlar Qarabağı tərk edib, istədikləri yerdə yaşaya bilərlər. Azərbaycanın hərəkətləri sadə və məntiqlidir - heç kim öz torpağında separatizmə dözmək istəmir. Ona görə də Bakı ermənilərə seçim imkanı verir. Öz suverenliyinə hörmət edən istənilən ölkə belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin etdiyi kimi hərəkət edərdi”, - ekspert qeyd edib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol