• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Laçın dəhlizini bir istiqamətə açmaq istəyir - Paşinyan

Bakı Laçın dəhlizini bir istiqamətə açmaq istəyir - Paşinyan
24.08.2023 20:44
Yerevan Bakıya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini təqdim edib. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Eyni zamanda, baş nazir bildirib ki, Bakı "müxtəlif vasitələrlə Stepanakertlə dialoqa pəl vuraraq bütün məsuliyyəti Dağlıq Qarabağdakıların boynuna qoymaq istəyir".

"Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi məsələləri Stepanakertlə Bakı arasında danışıqlarda, beynəlxalq mexanizmlər çərçivəsində həll edilməlidir", - Paşinyan bildirib.

O, daha sonra bildirib ki, "Bakının Laçın dəhlizini birtərəfli qaydada açmaq niyyəti barədə etibarlı mənbələrdən məlumatı var. Söhbət insanların Dağlıq Qarabağdan çıxışına icazə verilməsindən, ölkəyə girişinin qadağan edilməsindən gedir”.

Onun sözlərinə görə, Bakının məqsədi "Dağlıq Qarabağ sakinlərini etnik təmizləmə yolu ilə deportasiya etməkdir”.
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə İrəvanı Azərbaycanın Qarabağ bölgəsinə malların tədarükünü siyasiləşdirməkdə ittiham edərək, bu cür yanaşmanı qəbuledilməz adlandırıb.

"Ermənistan humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi marşrutlardan imtina edərək məsələni siyasiləşdirir. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir”, -  Bayramov bildirib.

O qeyd edib ki, danışıqlar zamanı belçikalı həmkarının diqqətini BMT Təhlükəsizlik Şurasının iclasına, orada müzakirə olunanlara və söylənilənlərə cəlb edib.

Onun fikrincə, humanitar yardımı yalnız bir marşrutla qəbul etmək, digər alternativlərdən imtina etmək məsələni siyasiləşdirməkdən başqa bir şey deyil, 

"Azərbaycan bir deyil, bir neçə yoldan istifadə etməyi təklif edir”, - deyən Bayramov konstruktiv olmayan dialoqun vacibliyini qeyd edib.

Bayramov əlavə edib ki, Ermənistan Azərbaycanın sərhəddə Laçın keçid məntəqəsini yaratması və buna görə də hərbi-siyasi təxribatlara əl atması faktını qəbul edə bilməz.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol