• $
  • €
  • ₽
  • ₺
  • £

PA-nın şöbələri arasında qarşıdurmanın olmasına aydınlıq gəldi

PA-nın şöbələri arasında qarşıdurmanın olmasına aydınlıq gəldi
07.03.2014 15:21
"Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil".Trend xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.Ə.Həsənov bildirib ki, əlbəttə, cəmiyyətdən gələn müəyyən siqnallar var və PA-nın şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: "Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik".Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dinlə bağlı görülən işlərə toxunan PA rəsmisi bildirib ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud dini modelin, yəni tarixən bizi müşayiət edən dini modelin qorunub saxlanması, yaşadılmasında ən dəyərli və ən əsas qüvvədir: "Tarix boyu Azərbaycanda dini qarşıdurma olmayıb. Əgər bizdə dini qarşıdurma olmayıbsa, insanlar öz dini ehtiyaclarını bu model çərçivəsində normal şəkildə ifadə ediblərsə və bu da bizə problem yaratmayıbsa, bunu niyə biz dəyişməliyik? Deməli, bunu dəyişməyə əsas yoxdur. Azərbaycan dövləti və QMİ bu dəyişməmək qərarında israrlıdır".Ə.Həsənov deyib ki, QMİ-nin tərkibində çox gözəl dinamika qurulub, dini balans qorunub saxlanılır və bu model də inkişaf etdirilməlidir: "O fikir ilə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı onlarla iş aparılır. Eyni zamanda, biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq. Azərbaycanın tarixi, din tarixi ilə, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasətlə, qonşularımızla, dünyada baş verən proseslərlə bağlı onların biliklərinin artırılması vacibdir. Bu məsələ də diqqətdədir və bu gün bu istiqamətdə iş gedir".PA rəsmisinin sözlərinə görə, QMİ-nin bu istiqamətdə başladığı işi Prezident Administrasiyası dəstəkləyir və bu istiqamətdəki işlər yaxın zamanlarda öz effektini verəcək: "Dövlət qurumları da cəmiyyətdən gələn siqnallara daha həssas yanaşmalıdır. Dövlət qurumu cəmiyyətdən gələn siqnalları toplamalıdır, onları təhlil etməlidir, qənaətə gəlməlidir".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol