• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan parlamentinin deputatı AŞPA-nın alt komitəsinin sədri seçildi

Azərbaycan parlamentinin deputatı AŞPA-nın alt komitəsinin sədri seçildi
29.05.2020 04:56
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova adıçəkilən qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdə olub.Trend-in məlumatına görə, toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsələlər haqqında müzakirələr aparılıb.İclasda çıxış edən S.Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri barədə ətraflı məlumat verib.Millət vəkili bildirib ki, Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir.S.Qafarovanın sözlərinə görə, ölkəmizdə dinindən, irqindən, milliyyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın bütün hüquqlarını yüksək səviyyədə təmin edir.İclasda, həmçinin S.Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol