• $
  • €
  • ₽
  • ₺
  • £

Arayik Arutyunyan istefa verdi

Arayik Arutyunyan istefa verdi
31.08.2023 13:07
Qarabağda separtçı rejimin "prezidenti" Arayik Arutyunyan və "dövlət naziri" Qurgen Nersisyan istefa verib. Bu barədə Ermənistan mətbuatı istefa verən şəxslərə istinadan yazıb. 
 
Artutyunyan istefa versə də ailəsi ilə Xankəndində yaşayacağını açıqlayıb.
 
Bundan əvvəl, Ermənistan mediası Arutyunyanın istefa verəcəyini yazırdı. 
 
İstefa verən Araik Arutyanın yerinə Samvel Şahramanyan gələcəyi gözlənilir. 
 
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ermənistan cəmiyyətində olan revanşist siyasi dairələri müəyyən mənada sakitləşdirmək üçün belə bir gedişin olması gözlənilən idi.
 
"Hadisələrin gedişatı göstərirdi ki, qondarma rejimin tör-töküntülərinin sırasında bir çaxnaşma var. Xüsusilə də Azərbaycanın həm hərbi cəbhədə, həm də diplomatiya cəbhəsində qazandığı böyük uğurlar təkcə Ermənistandakı siyasi hakimiyyət dairələrində deyil, eyni zamanda onun nəzarətində olan seperatçı rejimin daxilində də siyasi qarşıdurmanı xeyli gücləndirmişdi. Hətta, belə bir mövqelər səslənirdi ki, Artunyan "qurbanlıq keçi" ola bilər. Yəni, formalaşmış vəziyyətə görə, bütün məsuliyyətin Artunyanın üstünə atılması və onun "qurbanlıq keçi" statusuna endirilməsi labüd ola bilər. Mənə elə gəlir ki, bu gün biz oxşar prosesi görürük. Çünki, BMT Təhlükəsizlik Şurası çərçivəsində də onlar biyabırçı məğlubiyyətə düçar olduqdan sonra və Ağdam-Xankəndi yolunun qəbuledilməzliyini bildirib,  daha sonra bu yolu da məqbul hesab etdikdən sonra, hesab edirəm ki, artıq hərkəsi aydın edir ki, Azərbaycanla cəbhədə üz-üzə dayanmaq və dirəniş göstərmək qeyri-mümkündür. İndiki halda Qarabağda, eyni zamanda Ermənistan cəmiyyətində olan revanşist siyasi dairələridə müəyyən mənada sakitləşdirmək üçün belə bir gedişin olması istisna deyil, amma burda nəticə dəyişməyəcək. Yəni bu gün Artunyandan sonra, digəri gətirilsə belə, heç bir halda Azərbaycana qarşı dirəniş, müqavimət göstərmək və Azərbaycanın strateji niyyətlərinin qarşısını almaq mümkün olmayacaq. Çünki, Azərbaycan beynəlxalq hüququn yanındadır. Eyni zamanda artıq, Arayik Artunyan görürdü ki, Qarabağdakı seperatçılar getdikcə dağılmağa başlayır. Ona görə də bu proses labüd görsənirdi. Erməni mediasında belə bir xəbərlər gəzir ki, Artunyanın qondarma rejimin prezidenti statunda olan fəaliyyəti Moskvanı qane etmir və artıq ondan canını qurtarmaq istəyir. Təbii ki, istisna deyil ki, onun yerinə kimisə gətirsinlər və bu adam Rusiya mövqeyli də ola bilər, amma bir istisna hal var ki, kimin qondarma rejimə gətirilməsindən aslı olmayaraq, Azərbaycan öz strateji niyyətini dinc və diplomatik yolla tənzimləməkdə maraqlıdır. Belə olmayacağı təqdirdə, Azərbaycan güc yolu ilə beynəlxalq hüququn keşiyində dayanmaq və ərazi bütövlüyünü tam şəkildə təmin etmək hüququna malikdir”, - deputat deyib.
 
Politoloq Elxan Şahinoğlubildirir ki, Arayik Artunyanın yerinə gətiriləcək fiqurun dırnaqarası siyasətində hər-hansı bir dəyişiklik gözləmirəm.
 
"Artunyan və Ermənistanın Baş Naziri Nikol Paşiniyan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə işləri çox yaxşı gedirdi. Bizim işğal olunmuş torpaqlarımızın nemətlərindən maksimum istifadə edirdilər. Amma, İkinci Qarabağ müharibəsi məğlub olduqdan və Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratdıqdan sonra, seperatçıların öz aralarında fikir ixtilafı dərinləşdi və indi baş verən hadisələrə görə də seperatçıların və orada yaşayan ermənilərin bir qismi Arayik Artunyanı günahlandırır. Oda çox çıxılmaz vəziyyətə düşüb. Əslində o, İkinci Qarabağ müharibəsindən sonra da istefa verib qaçmaq istəyirdi. Çox təəssüf ki, biz onu neytrallaşdıra bilmədik. Çünki, bu cinəyatkar Azərbaycan şəhərlərinin bombalanması əmrini vermişdi. Aydındır ki, indiki şərtlər altında onlar dırnaqarası seçki də keçirə bilməzlər. Belə bir istəkləri olduğu halda, lazımdır ki, biz buna mane olaq. Ola bilər ki, onun yerinə parlamentin sədrini, yada başqa bir fiqur təyin edəcəklər. Amma tapacaqları o fiqurun da dırnaqarası siyasətində hər-hansı bir dəyişiklik gözləmirəm. Ona görə də yeganə yol odur ki, orada kim olursa olsun, həmin o seperatçıları tərki-silah etmək lazımdır”, - Şahinoğlu vurğulayıb.
 

Eltac 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol