• $
  • €
  • ₽
  • ₺
  • £

BBC erməni separatizminin təbliğinə son qoymalıdır- Mətbuat Şurası

BBC erməni separatizminin təbliğinə son qoymalıdır- Mətbuat Şurası
03.09.2023 13:18
Son vaxtlar BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların "fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur.

Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir:
"Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsil həqiqətləri arxa plana keçirir.

BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir.
 
Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir”.

Bəyanatda vurğulanıb ki, BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır:
"Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.

Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır.

Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol