• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev Düşənbədə “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Düşənbədə “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olub - Yenilənib
14.09.2023 22:59
 
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki "EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

"Report" xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.
Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.

Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.

Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.

Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.

Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.

Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.
Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.

Belə böyük regional sərginin təşkili ticarət əməkldaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.

 19:49

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər dövlət başçıları Düşənbədəki "EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol