• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-İran münasibətlərinin normallaşması məsələsi müzakirə olundu

Azərbaycan-İran münasibətlərinin normallaşması məsələsi müzakirə olundu
17.09.2023 14:14

Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də postmünaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər:
"Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.

Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan addımlar müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin "seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol