• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı səfir “İlin diplomatı” mükafatına layiq görülüb

Azərbaycanlı səfir “İlin diplomatı” mükafatına layiq görülüb
06.03.2014 09:27

Həsən Zeynalov bu mükafatı ona və baş konsulluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndiribAzərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov “İlin diplomatı” mükafatına layiq görülüb. Mükafatın təqdim edilməsi münasibətilə keçirilən tədbirdə Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, İstanbulda yaşayan Azərbaycan və Türkiyə ziyalıları, elm və mədəniyyət xadimləri iştirak ediblər.Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Fondunun (ATKEV) sədri Erol Göllü rəhbərlik etdiyi qurumun idarə heyətinin baş konsul Həsən Zeynalovu “İlin diplomatı” mükafatına Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafında, bu ölkədə yaşayan azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmləndirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki səylərinə görə layiq gördüyünü bildirmişdir. E. Göllü “İlin diplomatı” mükafatını H.Zeynalova təqdim edib.İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, “İpək yolu” media qrupunun rəhbəri Seyfulla Türksoy, Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir, şair Abbas Gökçe, ATKEV idarə heyətinin üzvü Neşe Doster, professor Adil Allahverdiyev Türkiyədə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi istiqamətində baş konsulluq tərəfindən görülmüş işlərdən danışıblar.Bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi, Azərbaycan reallıqlarının, ölkədə həyata keçirilən uğurlu islahatların təbliği baş konsulluğun fəaliyyətinin əsasını təşkil edir.H.Zeynalov bu mükafatı ona və bütövlükdə baş konsulluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib. O, son illər baş konsulluq tərəfindən görülmüş işlər, eləcə də Azərbaycanın diplomatik sahədə qazandığı uğurlar haqqında danışıb.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol