• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov britaniyalı nazirlə bölgədəki mövcud vəziyyəti müzakirə edib

Bayramov britaniyalı nazirlə bölgədəki mövcud vəziyyəti müzakirə edib
28.09.2023 23:44
Sentyabr 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı baş tutub.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal antiterror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Antiterror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və onların tərksilah edilməsinin ölkəmizin suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb. Görülən antiterror tədbirlərinin, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda, Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.

Ermənistan tərəfinin guya bölgədə "etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddialarının həqiqətə uyğun olmadığı, ölkəmizin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər gördüyü qeyd olunub.

Ölkəmizin həm ikitərəfli əsasda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinə, habelə Azərbaycan Respublikasının Konstitusiyası, tərəf olduğumuz beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya səylərinə sadiq olduğu bir daha vurğulanıb.

Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol