Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır - XİN rəhbəri

Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi yekunlaşır.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən deyib.
Nazir ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























