• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcək

Deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcək
06.10.2023 18:32
Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Fazil Mustafa, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sessiyada AŞPA Bürosunun və Daimi Komitəsinin hesabatı dinləniləcək, Monteneqroda erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə, Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Uşaqların və gənclərin psixi sağlamlığı və rifahı mövzuları müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.

Sessiyada Səməd Seyidovun "İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan haqlarına meydan oxuması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol