• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib

Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
06.10.2023 19:20
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət
Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.
 
Dövlət başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.
Dövlət başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edib.

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirdi, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğulayıb.

Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirirək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib.

Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırdı və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutdu və ölkə suverenliyini bərpa edib.

Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol