Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.
Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Tədbirə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri də qatılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























