• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü
09.10.2023 20:12

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

Azərbaycan və Tacikistan arasında mövcud olan dostluq münasibətlərindən söz açan nazir Ceyhun Bayramov, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusilə vurğulayıb və ölkəmizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü məmnunluqla qeyd edib.

Azərbaycan və Tacikistan arasında geniş investisiya potensialının mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bu xüsusda ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf potensialının olduğunu söyləyib. Bakı–Düşənbə birbaşa təyyarə reyslərinin bu, habelə turizm sahəsində ölkələr arasında əlaqələrin güclənməsində böyük rol oynadığı vurğulanıb.

Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən nazir Ceyhun Bayramov, erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal anti-terror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd olunub.

Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin öz növbəsində Azərbaycan tərəfinə qonaqpərvər qarşılamaya görə minnətdarlığını bildirib və Azərbaycan–Tacikistan qardaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf etdiyini, iki ölkə arasında logistika, nəqliyyat, turizm və digər sahələrdə geniş əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol