• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Sudan diplomatik münasibətləri bərpa edir

İran və Sudan diplomatik münasibətləri bərpa edir
09.10.2023 21:37
İran və Sudan yüksək rütbəli rəsmilər arasındakı təmaslardan sonra diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.  Bu barədə TASS-agentliyi məlumat verib.

"İran İslam Respublikası və Sudan Respublikası  iki ölkənin maraqlarını təmin etmək məqsədilə diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər. Hökumətlər suverenliyə, bərabərliyə, qarşılıqlı hörmətə, və ümumi maraqlara xidmət edəcək”, - diplomatik departamentin rəsmi Telegram kanalında dərc olunan bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, tərəflər yaxın vaxtlarda səfirliklərin açılması üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.

2016-cı il yanvarın 4-də Sudan hakimiyyəti İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Xartum vurğulayıb ki, onların fikrincə, İran regiondakı vəziyyətə müdaxilə edir və dini ədavət toxumu səpir. Bu qərara səbəb 2016-cı ilin yanvarında şiə təbliğçisi Şeyx Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən qəzəblənən iranlı etirazçıların Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum etməsi olub.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol