• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Patruşevi qəbul edib - Yenilənib

Prezident Patruşevi qəbul edib - Yenilənib
10.10.2023 20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Dövlət başçısı ölkələr arasında münasibətlərin gündəliyindəki məsələlərin çox geniş olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövr ərzində ikitərəfli münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini deyib və bunun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb.

Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Nikolay Patruşev, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib.

Dövlət başçısı Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Rusiyada dövlət səviyyəsində tədbirlərin keçirilməsinə görə minnətdarlığını bildirib.

Qonaq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrimizin daha da genişləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 19:43

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat  yayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol