• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub

ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub
11.10.2023 18:54
ATƏT-də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub.

Bu gün ATƏT-in ənənəvi "İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib.

Tədbirin moderatoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.

44-günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırılmasını qeyd edən natiq bunu rəsmi İrəvanın sülh ritorikasında riyakarlığın göstəricisi kimi dəyərləndirib. Ermənistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son 2 ildə 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan E.İskəndərov, yalnız məhdud miqyaslı anti-terror əməliyyatı nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib.

Tədbirdə ”Minaların insan haqlarına dağıdıcı təsiri” mövzusunda ilkin tədqiqatın hesabatını təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo, Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyaslı olduğunu bildirib. Qeyd olunub ki, bunun nəticəsində Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğunu nəzərə çatdırıb. Hesabatın təhlil qismində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq ədalət və humanitar hüququ, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən artıq keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəxlaq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən ANAMA-nın idarə rəisi Ramil Əzizov işğaldan sonra Qarabağda görülən mina təmizləmə işlərindən danışaraq, indiyə qədər 2636 hektar ərazidə 30 minə yaxın piyada əleyhinə, 17 mindən çox tank əleyhinə minanın aşkar edilərək zərərsizləşdirildiyi haqda məlumat verib, bu irimiqyaslı mina təmizləmə əməliyyatlarının əsasən, Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyini vurğulayıb.

2018-ci ildə "Minadan azad Cənubi Qafqaz” regional kampaniyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut öz çıxışında mina təmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkan yaratdığını bildirib. O, Avropa İttifaqını bu sahədə bölgəyə, xüsusilə, Azərbaycana irimiqyaslı mina təmizləmə işində əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edəcəyini qeyd etdi.

Tədbir iştirakçıları daha geniş ekspertlər qrupunun iştirakı ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində mina qurbanlarının hüquqlarının bərpa edilməsi istiqamətində beynəlxalq mexanizmin işə salınması üzrə konkret təklifləri ehtiva edəcək məruzənin hazırlanması və BMT-yə təqdim olunması haqqında təşəbbüslə çıxış ediblər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol