• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Bişkekdə keçirilən sammitdə iştirak edəcək

Putin Bişkekdə keçirilən sammitdə iştirak edəcək
11.10.2023 19:11
Rusiya prezidenti Vladimir Putin oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək. Bu barədə jurnalistlərə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"Oktyabrın 13-də Bişkekdə Rusiya Federasiyasının Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək”, - dövlət başçısının köməkçisi bildirib. 

Sammitdə Rusiya liderindən başqa Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edəcək. Ermənistanın baş naziri görüşə qatılmaqdan imtina edib.

Uşakov bildirib ki, ənənəvi olaraq yalnız liderlərin iştirakı ilə dar tərkibdə görüş planlaşdırılır. Daha sonra şuranın geniş tərkibdə iclası keçiriləcək, burada nümayəndə heyətləri də iştirak edəcək. 

"Sammit nəticəsində kifayət qədər əhəmiyyətli birgə sənədlər paketinin imzalanması gözlənilir və tədbirin sonunda həmişə olduğu kimi, rəsmi qəbul olacaq”, - Kreml nümayəndəsi bildirib.
 
Putinin sammit çərçivəsində İlham Əliyevlə görüşü gözlənilir.
 
Aytac
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol